İlhamə Quliyeva köməkçisini işdən çıxardı
05 oktyabr 2015 13:12 (UTC +04:00)

İlhamə Quliyeva köməkçisini işdən çıxardı

0

 

Xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanı işdən azad edib.

 

Bu haqda Lent.az-a açıqlamasında müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib.

 

O bildirib ki, buna səbəb Mehriban Hüseynovanın İ.Quliyevanın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub: "Xalq artisti sənət adamlarının, KİV nümayəndələrinin nəzərinə çatdırır ki, M.Hüseynovanın ona heç bir aidiyyəti yoxdur. Onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. M.Hüseynovanın işindən uzaqlaşdırılmasının səbəbləri yaxın günlərdə ətraflı şəkildə açıqlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar