Xalq artisti İlhamə Quliyeva davalı olduğu xalq artisti nazpəri Dostəliyeva ilə bağlı növbəti açıqlama verib.
“Show.az”ın məlumatına görə, xalq artisti bildirib ki, Nazpəri Dostəliyeva onun başına böyük miqdarda pul qoyubmuş: “Sənətdə bir mənfi adam mənim başıma böyük pul qoymuşdu. Həmin o Nazpəri... Demişdi ki, kim İlhamənin ölüm xəbərini birinci mənə xəbər versə, ona böyük bir hədiyyə verəcəm.
Ay utanmaz, sənə mən nə etmişəm ki, başıma belə böyük qiymət qoyursan?! Gör mənim nə qədər qiymətli başım, nə qədər qiymətli adım-sanım var. İstəyirlərk i, İlhamə arenada olmasın, nə istəyirlər etsinlər. Nə qədər ki, mən varam, heç kəs həddini aşa bilməz!”.