“Getsin ağlına dua yazdırsın. Dilini saxlasın, dinc qoysun. Özünü düzgün aparsın!” Bunu Lent.az-a açıqlamasında xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın ondan ölkə başçısına şikayət etməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
İlhamə Quliyeva Nazpəri Dostəliyevanın onun ərizəsi ilə “Bandotdelə” çağırılmasını təsdiq edib: “Bəli. Ona həddini göstərmək lazım idi. Nə tez unutdu dekabrda çıxıb efirdə mənim dediyim sözləri çox ədəbsizcəsinə təkrar etməsi? İndi məndən şikayət edir. Qara məni basınca qoy qaranı mən basım?”