İlhamə Quliyeva: “Faiq Ağayevi ad günümə dəvət etməmişəm ”
27 avqust 2013 13:28 (UTC +04:00)

İlhamə Quliyeva: “Faiq Ağayevi ad günümə dəvət etməmişəm ”

Xalq artisti İlhamə Quliyeva doğum günü və yaradıcılığının 50 illiyi münasibətilə keçirilən mərasimə Faiq Ağayevi dəvət etməyib.


Bu barədə Axşam.az-ın müxbirilə söhbətində İlhamə Quliyevanın özü bildirib.

O deyib ki, ad günü tədbirinə dəvətlilər sırasında Faiq Ağayev olmayıb:

“Faiq Ağayev sizin sayta verdiyi açıqlamada bildirib ki, ölkə kənarında olduğundan mənim ad günü mərasimimdə iştirak edə bilməyib. Bu, ağ yalandır. Əvvəla mən, Faiq Ağayevi avqustun 17-də “Space” kanalında doğum günümə həsr edilən 4 saatlıq efirə dəvət etməmişəm. Bilirsiniz ki, bu günlərdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşam. Həm həyatımın bu sevindirici məqamını, həm doğum günümü, həm də yaradıcılığımın 50 illik yubileyini  “Meridian” restoranında mənə əziz və doğma olan insanlarla qeyd etdim. Həmin məclisdə sayılıb-seçilən millət vəkilləri, ziyalılar, professorlar, tanınmış sənətkarlar və sənətçilər iştirak edirdi. Bu məclisə də Faiq Ağayevi dəvət etməmişəm. Bütün qonaqlar şəxsən mənim dəvətimlə təşrif buyurublar. Dəvət etdiyim qonaqlar sağ olsunlar ki, məni tək buraxmadılar, bu gözəl günümdə yanımda oldular, sevincimə şərik oldular”. 

 

# 2345
avatar

Oxşar yazılar