İlhamə - Aygün qalmaqalı yenidən gündəmdə
29 avqust 2013 11:28 (UTC +04:00)

İlhamə - Aygün qalmaqalı yenidən gündəmdə

Xalq artisti İlhamə Quliyevanın ATV telekanalında yayımlanan “Onlar” verilişindəki açıqlaması qalmaqal yaradıb. Lent. az-ın məlumatına görə, İ. Quliyevanın “Hollivuda gedən ilk müğənni mənəm” söyləməsi,  narazılığa səbəb olub. Bu məsələ o həddə çatıb ki, verilişin müəllifi Ruslan Ağayev  İ. Quliyevaya  A. Kazımova barəsində sual vermədiyini deyib: “Çox təəssüf ki, İ. Quliyeva ilə müsahibəmi bəzi həmkarlarım düzgün anlamayıblar. Verilişdə İlhamə xanımın həyat və yaradıcılığından, sənətindən söz açmışıq. O, 9 il öncə Amerikaya gedib qazandığı uğurdan danışıb. Hər iki sənətkara böyük hörmətimiz var. Sadəcə İlhamə xanımın sözlərinin təhrif edildiyinə

təəssüflənirəm ”.

 

Bu məsələyə “Onlar” verilişinin rejissoru və aparıcısı Afaq Gəncəli də münasibət bildirib: “Verilişimizdə gedən bu süjet çox müzakirə olundu. Amma təəssüf edirəm ki, İ. Quliyevanın açıqlamaları səhv anlaşılıb. Hansı sənətçi bizə nəyi söyləyirsə, onu veririk. Əgər deyilənlərin təhlilə ehtiyacı olsaydı, özümüz edərdik. Əfsuslar olsun ki, bu cür anlaşılmazlıq yaradıblar”.

# 2471
avatar

Yalçın UĞUR

Oxşar yazılar