İki arvadı ilə eyni zamanda seksin nəticəsi - boşanma
24 oktyabr 2013 07:44 (UTC +04:00)

İki arvadı ilə eyni zamanda seksin nəticəsi - boşanma

Dubayın Şəriət Məhkəməsi Birləşmiş Ərəb Əmirliyi təbəəsi ilə yaşamış Asiya ölkələrindən birinin vətəndaşının boşanma haqda istəyini təmin edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, həmin asiyalı qadın şikayət edib ki, onun əri eyni zamanda həm onunla, həm də birinci xanımı ilə intim əlaqədə olmaq istəyir.

 

Şikayətçi bildirib ki, ona ev alacağını boyun olduğundan nikahdan sonra ərinin birin arvadının mənzilinə köçməyə razılıq verib. Ancaq əri verdiyi sözə əmələ etməyib. «Ailə həyatının birinci ayı ikinci arvadı öz evi olacağına ümid etdiyindən etiraz etməyib. Çox keçmədən əri ona ikinci arvadı yatağını bölüşməyi təklif edib. Şikayətçi onu da qeyd edib ki, əri onlara heç bir ayrı-seçkilik qoymayıb. Hər ikisinin ehtiyacına bərabər miqdarda xərcləyib».

 

Qadın bildirib ki, əri bir neçə dəfə üçünün bir yataqda olmasına işar edib. Şikayətçi bunun «fantaziya olduğunu və bu həvəsin tezliklə sönəcəyini» söyləyib. Ancaq sonradan bu ideya gerçəkliyi çevrilib.

 

Birinci arvad ərinin ideyasını bəyənsə də ikinci bundan bezib. Ona görə də boşanma haqqında ərizə verib.

 

Şəriət məhkəməsinin qərarına əsasən, asiyalı qadının şikayəti təmin olunub. Ortaq oğlanları üçün kişi nəinki aliment verəcək, həm artıq keçmiş həyat yoldaşına təzminat ödəyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4710
avatar

Oxşar yazılar