Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə soyuq dəyib. Səs tellərində yaranmış rahatsızlıq ucbatından müalicə üçün onu İstanbuldakı Acıbadəm xəstəxanasına yerləşdiriblər.
Lent.az-ın Türkiyədə çıxan «Sabah» qəzetinə istinadən məlumatına görə, onun bir neçə gün xəstəxanada saxlanılacağı da bildirilib. Hazırda tanınmış müğənni müalicə olunur.