Hüseyn Dəryanın həyat yoldaşı və oğlu nələr danışdı? - VİDEO
24 iyun 2015 18:36 (UTC +04:00)

Hüseyn Dəryanın həyat yoldaşı və oğlu nələr danışdı? - VİDEO

Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, mərhum ifaçının həyat yoldaşı bildirib ki, tədbiri keçirməsinə səbəb, H.Dəryanın sənətçi dostlarının ona klip çəkmələridir: “Mən hər zaman Hüseynin sənətinə dəstək olmuşam. Hətta yadımdadır ki, tam beş il öncə onun pərəstişkarları ilə görüşünü mən təşkil etmişdim. Aramızda söz-söhbət olmasına baxmayaraq hər zaman onun yanında olmuşam. Bu ayın 29-u onun doğum günüdür. Onun sənətçi dostları, müğənni Natavan Həbibi, reper Dado, Nado, rejissor Kənan M.M və prodüser Sayqa Cahid bir araya gələrək, “Yat dostum” adlı klipi ərsəyə gətirdilər”.

Daha sonra müğənni N.Həbibi öz təəssüratlarını bölüşüb: “Hüseynlə duet oxumaq istəyirdim. Amma qismət elə gətirdi ki, alınmadı. Qismət bu vaxta imiş. “Yat dostum” adlı mahnını ifa etdik. Ruhu şad olsun. Onunla duet ifa etməmişdim, Sanki Hüseyn Dəryaya borcum var idi. İndi o mənəvi borcu qaytarmış oldum”. Reper Dado da öz təəssüratlarını bölüşüb: “Bu klipin ərsəyə gəlməsi məni sevindirir. Düşünürəm ki, Hüseynin ruhu şaddır. Mən Hüseynin oğlu ilə də duet oxumuşam. İnşallah bu yaxınlarda həmin mahnını da təqdim edəcəm”.

Sonda mərhum reperin oğlu Cahangir də danışıb: “Bura gələn bütün jurnalistlərə çox sağ ol deyirəm. Təşəkkür edirəm ki, atamla bağlı bu klipi işıqlandırırsınız”. Qeyd edək ki, “Yat dostum” adlı klipin rejissoru Kənan M.M-dir. Klip bir neçə saat sonra “Youtube” kanalına yüklənəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar