Reper Hüseyn Dərya şəxsi həyatından danışıb. Lent.az-a açıqlama verən reper söyləyib ki, hələlik ailə qurmaq niyyətində deyil. “Məndən yenidən ailə həyatı quracağım barədə soruşurlar. Ancaq hələ ki, evlənmək fikrim yoxdur. Mən bu gün işlərimi qaydasına salmağı düşünürəm, sənətimi davam etdirməliyəm. Mənim üçün ilk növbədə sənətdir. Daha sonra şəxsi həyat. Sənətimə döyüş yolu kimi baxıram. Hər gün döyüşürəm. İnşallah bir zaman gələcək, mənim də şəxsi həyatım yaxşı olacaq. Hamı bilirik ki, qeyri-sağlam, anormal həyat yaşayıram”.