Xeyli müddətdir səsi-sorağı gəlməyən reper Hüseyn Dərya Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Lent. az-ın məlumatına görə, reper “Pul” adlı klipini təqdim edib. Söz və musiqisi Hüseynin özünə məxsus olan ekran işinin rejissoru jurnalist Tural Ozandır.
Lent. az-ın məlumatına görə, səbəbkar klipin nümayişindən sonra, ekran işinin ərsəyə gəlməsindən çox, media nümayəndələrinə sual ünvanlamağı vacib bilib: “Sizcə, Azərbaycan şou-biznesində reperlərdən başqa narkoman yoxdur? Narkotikdən istifadə edən müğənnilər azdır ki? Axtarsanız, tək – tük müğənni tapmaq olar ki, onlar narkotik aludəçisi deyil”.
Qeyd edək ki, mətbuat konfransında reper Hüseyn Dəryaya müğənni Kərim Abbasov və reper Dado dəstək olub.