Müğənni Xuraman Şuşalı, Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva və reper Hüseyn Dərya “Narkotikə yox deyək!” adı altında konsert proqramı ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, öncə səhnəyə Xuraman Şuşalı çıxıb.
Xuraman Şuşalıdan dərhal sonra, səhnəyə çıxan reper Hüseyn Dərya bildirib ki, bu cür tədbirlər onu sevindirir. “ Mən bir zamanlar narkotik istifadəçisi olmuşam. “Narkotikə yox deyək” konsertini təşkil edənlərə, Xuraman və Marina xanıma, sizin sayt vasitəsi ilə öz təşəkkürümü bildirirəm. Çünki, bu tədbirin əhəmiyyəti böyükdür.”
Reper zarafatla Xuramana da sataşıb: “Xuraman narkotikdən elə danışır ki, elə bil bir zaman mənimlə narkotikdən istifadə edib”.
Reperin çıxışından sonra, səhnəyə Dağıstanın əməkdar artisti, Marina Əliyeva çıxaraq, sevilən mahnılarını ifa edib.
Qeyd edək ki, “ Narkotikə yox deyək” adı altında keçirilən konsertdə müğənni Xuraman Şuşalının klipinin təqdimatı gözlənilsə də, bu, baş tutmayıb.