Hülya Avşar erotik filmə çəkilir
28 oktyabr 2014 06:19 (UTC +04:00)

Hülya Avşar erotik filmə çəkilir

Məşhur aktrisa oynayacağı yeni filmlə maqazin dünyasında böyük səs-küyə səbəb olacaq.


Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bir müddət əvvəl Antalyada keçirilən 51-ci “Altın Portakal” film festivalında “ən yaxşı film” nominasiyası daxil olmaqla, 6 mükafat qazanan rejissor Qutluğ Ataman yeni erotik film çəkmək qərarına gəlib. O, yeni filmini “heç bitməyən bir eşq hekayəsi, erotik bir nağıl” olaraq xarakterizə edib. 

“Oryantalya” adlı yeni filmdə baş rollarda isə tanınmış aktrisa Hülya Avşar və cinsiyyətini dəyişdirməklə gündəmə gələn Rüzgar (Nil) Erkoçlar oynayacaq. 

Filmin erotik məzmunlu olduğu qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3835

Oxşar yazılar