Həyat yoldaşından “Toppuş”a qadağa
03 iyul 2014 16:59 (UTC +04:00)

Həyat yoldaşından “Toppuş”a qadağa

 

Əməkdar artist Tünzalə Əliyeva ailə həyatı qurduqdan sonra mobil telefondan istifadə etmir.


Lent.az-ın “axşam.az”a istiandən xəbərinə görə, aktrisa həyat yoldaşının ona qoyduğu qadağadan danışıb: 

“Ailə qurandan sonra telefon işlətmirəm. Mənim nömrəmi də Röyal istifadə edir. Bu, onun istəyidir. Düzünü desəm, heç özüm də həvəsində deyiləm. Səhər çəkiliş meydançasına gedirəm, axşama kimi də orada oluram. Telefonla danışmağa vaxtım yoxdur. Kiməsə lazım olanda, yoldaşımı yığır, o da mənə deyir”. 

Bütün yayı çəkilişlərdə olacağını deyən “Toppuş” istirahətə getməyəcəyini söyləyib:
 
“Avqustun ilk günlərinə qədər veriliş və serial çəkilişlərimiz davam edəcək. Ondan sonra isə yeni mövsüm üçün layihə hazırlayacağıq. Arada bir həftəlik istirahətim olacaq ki, onu da rayonda qaynatamgildə keçirməyi planlaşdırırıq”.

# 4612
avatar

Oxşar yazılar