Bu ayın axırlarında paytaxtımıza səfər edəcək Türkiyənin tanınmış müğənnisi Halil Sezai Rəhim Rəhimlinin proqramında qonaq olacaq.
Bu məlumatı Lent.az-a təşkilatçı Samir Xяttab deyib: «Halilə Bakıda qonaq olacağı zaman bir çox proqramlarda iştirak etməyi təklif etdik. Ancaq o Rəhim Rəhimlinin aparıcılıq etdiyi verilişdə iştirak etməyi üstün tutdu».
Qeyd edək ki, Halil Sezai aprelin 27-də Bakıda Əyləncə Mərkəzində çıxış edəcək.