Türkiyənin tanınmış müğənnisi Hadisənin modelyer bacısı Dərya Açıkgöz ilk kolleksiyasını təqdim edəcək. Lent.az-ın məlumatına görə, müğənninin bacısının "Mirror" adlı kolleksiyası martın 18-də "Mercedes-Benz Fashion Week İstanbul" çərçivəsində təqdim olunacaq.
Dərya onu da deyib ki, bacıları ona bu işdə dəstəkdir: “Bacılarım hər zaman mənə dəstək olub. Bu işə məni bacım Hülya həvəsləndirdi. Daha sonra Hadisə. Onların dəstəyindən sonra moda dünyasına girdim”.