Günay Musayeva “Türkiyə-Azərbaycan sənət səfiri” seçildi 
03 oktyabr 2014 12:07 (UTC +04:00)

Günay Musayeva “Türkiyə-Azərbaycan sənət səfiri” seçildi 

 

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva qardaş ölkədə mükafata layiq görülüb. Lent.az-ın məlumatına görə, model Türk Cümhuriyyəti və türk dünyası ölkələrinin mədəniyyət sahəsində göstərdiyi  fəaliyyətinə görə “Türkiyə-Azərbaycan sənət səfiri” seçilib. 

“Bu mükafat mənim üçün çox önəmlidir. Çünki ölkəmi təmsil edirəm. Mükafatı almaq üçün səhnəyə çıxarkən də  söylədim ki, Azərbaycanla qürur duyuram. Hər müvəffəqiyyətim ölkəm üçündür, bu mükafatı da Azərbaycan adına almışam. 
“Türkvision” müsabiqəsi üçün isə Kazana gedəcəm. Orada keçiriləcək moda nümayişində baş modeləm”. 

Qeyd edək ki, Çırağan sarayında keçirilən mükafatlandırma mərasiminə Türk dünyasının tanınmış simaları ilə yanaşı, xalq artisti Brilliant Dadaşova da qatılıb.

 

# 1913
avatar

Oxşar yazılar