Müğənni Günay İbrahimli dünən yeni klipinin çəkilişlərinə başlayıb. Bu barədə Lent. az-a onun prodüseri Təranə Səmədova məlumat verib. O, fərqli bir klipin ərsəyə gələcəyini deyib: “ Mahnının sözləri Nuriyyə Əhmədovanın, musiqisi Ceyhun Əliyevindir. “Özümdə sənsən” adlanır. Rejissor Nail Naiboğlunun ekranlaşdırdığı klip ənənəvi olaraq məhəbbət mövzusundadır. Klipdə müğənninin tərəf müqabilləri gənc aktyorlar olacaq”, - deyə prodüser əlavə edib.
2306