Müğənni Günay İbrahimlidən xəbər var. Yaradıcılığındakı yenilikdən Lent.az-a danışan ifaçı bildirib ki, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunun repertuarına müraciət edib: “Xalq artisti Polad Bülbüloğlunun ifasında olan “Aman ayrılıq” adlı bəstəni yeni aranjemanda ifa etmişəm. Bu mahnıya görə Emin Kərimiyə xüsusi təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu bəstə digər ifa etdiyim mahnılar kimi seviləcək".
G.İbrahimlinin ifasında “Aman Ayrılıq” adlı mahnını təqdim edirik.