Son dövrlər geyimlərinə görə müzakirə olunan müğənni Günay İbrahimli yaradıcılıq işlərindən söz açıb. İfaçı Lent. az-a bildirib ki, yeni mahnısı artıq hazırdır: “Çoxdandır üzərində çalışdığım, sözləri Leyli İsrafilovaya, musiqisi Pərviz Mahmudova məxsus “Ola bilərdin” adlı mahnım hazır oldu. Aranjemanı Tərlan Məmmədhüseynova məxsus olan mahnı artıq “youtube” da dinləyicilərin ixtiyarına verilib. Bu işim o biri mahnılarımdan fərqlənir, dinləməyə dəyər”.
Müğənni sonra geyindiyi libasları bəzi həmkarlarının müzakirə etməsinə bu cür reaksiya verib: “Barəmdə söylənilən tənqidi fikirlərə hər zaman susuram. Bu o demək deyil ki, kimdənsə çəkinirəm. Heç kimdən çəkinmirəm, qorxmuram. Hər kəsə deyə biləcək sözüm var. Odur ki, öz işləri ilə məşğul olsalar yaxşıdır. Qaldı ki, geyimlərimə, hara, nə geyinəcəyimi bilirəm”.