Gülay tərzini dəyişdi
14 oktyabr 2014 16:16 (UTC +04:00)

Gülay tərzini dəyişdi

Xalq və bəstəkar mahnılarının  ifaçısı, tanınmış müğənni Gülay Zeynallı ilk dəfə özünü pop janrında sınayıb. Lent.az-ın məlumatıa görə, "Mən səninləyəm" adlı mahnını sevənlərinə təqdim edən Gülay yeni layihəsi haqqında bunları deyib: “Sənətə gəldiyim gündən hər zaman çalışmışam ki, öz dəsti-xəttimlə addımlayım. İlk dəfə özümü sırf pop-janrında sınamağa qərar verdim. Söz və musiqisi Nazim Məmmədova məxsus olan "Mən səninləyəm" bəstəsi üzərində peşəkar bir komanda çalışıb”.

 

"Mən səninləyəm" mahnısı iki gündür ki, "Youtube"da yerləşdirilib. G. Zeynallı yaxın vaxtlarda bu mahnıya klip çəkdirəcəyini də deyib.

# 2963
avatar

Oxşar yazılar