“Radio dalğalarında ən çox tələb edilən və səslənən mənim “Yaşandı” adlı kompozisiyamdır”. Bunu Lent.az-a açıqlamasında müğənni Mila deyib.
“Sözləri Aygün İsmayılovaya musiqisi Pərviz Mahmudova məxsus olan Yaşandı” adlı mahnım çox fərqlidir. İki versiyada bu mahnının lirik versiyasını Rəhman, akustik variantını isə Emin Kərimi hazırladı. Düşünürəm ki, bu mahnıdan sonra uğurlarımın ardı gələcək”-deyə, o, söyləyib.