Xalq artisti Flora Kərimovanın keçmiş kürəkəni evlənib. Nazimin toyu restoranlardan birində olub
Qeyd edək ki, Nazim Flora Kərimovanın qızı Zümrüdlə 10 ilə yaxın evli olub. Onların bu evlilikdən övladları dünyaya gəlməyib. Onların boşanmaları haqda informasiyanı da müğənni Flora Kərimova təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir: “Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyəti yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənimlə əlaqə saxlamasın”.
Keçmiş kürəkən isə subay qalmağın daşını tez bir zamanda atıb və bu gün yeni evlilik həyatına qədəm qoyub.
ANS PRESS-in əməkdaşlarının restorandan reportaj hazırlamaq istəyinin qarşısı elə şadlıq evinin girişində alınıb. Bu baxımdan əməkdaşlarımız bəylə gəlinin xoş günlərindən olan xatirə şəkillərini çəkə bilməyiblər.
Əməkdaşlarımızın müşahidələrinə görə, toya az saylı qonaq çağırılıb və bu baxımdan qapının girişində hər kəsi 5-6 nəfər qarşılayaraq hansı tərəfin adamı olduğunu soruşublar. Əməkdaşımızın isə "Məni bəyin dostu göndərib, pul atmağa gəlmişəm" deməsi də "mühafizəçiləri" inandıra bilməyib. Onlar isə elə qapının ağzında pul sandıqcasını göstəriblər.
Allah xoşbəxt eləsin!

Flora Kərimovanın keçmiş kürəkəni evləndi
Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10