“Maqnit”, “Özünü ələ al”, “Gülə-gülə”, “Məni görəcəksən” kimi mahnıların ifaçısı Mila yeni “Yaşandı” adlı mahnısına çəkdirdiyi klipin təqdimetmə mərasimini keçirib.
Lent.az-n məlumatına görə musiqisi Pərviz Mahmudova, sözləri Aygün İsmayılovanın olan mahnının ekran işini isə rejissor Rəhman Əliyevdir.
Müğənniyə dəstək olmaq üçün təqdimata xalq artisti Flora Kərimova ilə yanaşı, müğənnilər - Əbdül Xalid, Günay İbrahimli, Ülvi Qılınc, Elariz Məmmədoğlu, Orxan Babazadə, Arif Səlimov, prodüser Təranə Səmədova və başqaları qonaq gəlmişdi.
Tədbirdə çıxış edən xalq artisti Flora Kərimova Milaya dəstək olacağını vurğuladı: “Bizim kimi illərin sənətkarları bu cür səsi olan ifaçılara dəstək olmalıyıq. Mən də bu gün Milaya dəstək olmaq üçün bura gəldim”.