Keçən ay "ən yaxşı aktrisa" nominasiyasında "Oskar" qazanan "Still Alice" ("Unutma məni") filminin rejissoru Riçard Qlatzer 4 il mübarizə apardığı ALS xəstəliyinə görə vəfat edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müalicə aldığı zamanda filmi yazan və çəkən Riçard dostu Vaş Uestmorelandlə bir yerdə işləyirdi. Dostu ölümündən sonra rejissor haqqında belə deyib:
"Məhv olmuşam. Riç mənim ruh əkizim, ortağım, ən yaxın dostum, həyatım idi. Xəstəliklə mübarizə aparması hər kəsə ilham mənbəyi oldu. Heç olmasa "Still Alice"ın dünyada məşhurluğunu gördü. Qəlbini və ruhunu buna həsr etmişdi".
Filmdəki roluyla "Oskar" qazanan aktrisa Culiana Mur isə mərhum rejissor haqqında belə deyib:
"Riçarda ALS xəstəsi olduğu deyiləndə, Vaş ondan nə etmək istədiyini soruşdu. O, isə sadəcə film çəkmək istədiyini dedi".
Qlatzer xəstə olduğu üçün mükafatlandırma gecəsində də iştirak edə bilməmişdi. Həyatının son günlərində sağ ayağının altına qoyulan iPad vasitəsi ilə ünsiyyət qura bilirdi.

Filmi "Oskar" aldı, bir ay sonra vəfat etdi
Oxşar yazılar

Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58