Tanınmış rəqqasəsi Fatimə Fataliyeva paytaxt məkanlarının birində doğum gününü qeyd edib.
Lent.az-ın məlumatına görə, “Göyçək” ləqəbli rəqqasənin xoş gününə media nümayəndələri ilə yanaşı, şou-biznesin bir çox tanınmış simaları qatılmışdı. Ziyafətə gələn qonaqları salamlayan Fatimə gecənin ilk hissəsində sənət dostları ilə birgə hind filmindən canlandırdıqları “Om şhanti om” klipini təqdim edib. Klip təqdim olunduqdan sonra müğənnilər ifalarına başlayıb.
Daha sonra Fatimə ilk dəfə olaraq rəqqasların və tar kamanın müşayiəti ilə aşın təqdimetmə mərasimini təşkil edib.
Bir çox məqamlarla yadda qalan gecə məşhurların rəqsi ilə yekunlaşıb.
Qeyd edək ki, Fatimənin ad günündə tanınmışlardan - Nazpəri Dostəliyeva, Vasif Məhərrəmli, Mətanət İsgəndərli, Elnur Məmmədov, Xatirə İslam, Roza Zərgərli, Aşıq Samirə, Rafael-Coşqun, Nadir Qafarzadə, Sevda Yahyayeva, Nüşabə Ələsgərli, Manaf Ağayev, Kərim Abasov, Emil Bədəlov, Rəqsanə İsmayılova,Aslan, Ramal İsrafilov, Niyam Səlami, Səlim Abbasov, Aysel Əlizadə, Elnarə Xəlilova, Zarina Məmmədova, prodüser Tolik, Təranə Səmədova, aparıcı Vüsalə Əlizadə, stilist Samiraldo (Samir Əliyev) və başqaları gəlmişdi.
Gecədən olan şəkilləri və Fatimənin məşhurlarla birgə həyata keçirdiyi “Om şhanti om” klipini təqdim edirik