Xalq artistləri Faiq Ağayevlə Flora Kərimova arasındakı qalmaqal yenidən şiddətlənib.
Lent.az-ən məlumatına görə, Flora Kərimovanın “Faiq Ağayev geydir” ifadəsindən sonra qarşı tərəf "facebook" sosial şəbəkəsindəki səhifəsində cavabı gecikdirməyib.
Faiq Ağayev yazıb: "Allah heç kimin ağlını başından almasın! Gülünc, urvatsız, ikrah doğuracaq hala düşməkdən dəhşətli nə ola bilər ki bir adam üçün? Üstəgəl qadındırsa.
- Çoxərlilik yaşayaraq, mənəvi dəyərlərdən mülahizələr etmək.
- Siyasi əqidəsinə dönük çıxıb, prinsipiallıq haqda dərs keçmək.
- Uduzub, özünü yalandan qalib cildinə salmaq.
- İslam dinini təhqir edib, Allahın adını dilinə gətirmək.
- Sidiklə müalicə edib, "murdar-təmiz" mövzusu haqda söhbət aparmaq.
Bu kimi qəhrəmanlıq səlnaməsini yaşayan bir kəsin çıxışı - önəmsiz və dəyərsizdir mənim üçün.
Sözün, ittihamın o vaxt dəyəri olur ki, onu söyləyənin buna tam haqqı olsun.
Xalqı aldatmaq mümkün deyil.
Qüsurlu moizəni qəbul etməz o. Heç bir zaman.
Hakim Səbayıl rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın imzası ilə verilən 21.07.2010 tarixli hökmə əsasən, F.Kərimova 148-ci maddə ilə təqsirli bilinib, cərimə edilib.
Hakim Xəqani Tağıyevin imzası ilə Yasamal rayon Məhkəməsinin 17.01.2011 tarixli hökmündə "... Flora Ələkbərovnanın şikayəti üzrə Ağayev Faiq Balağa oğlu təqsirsiz elan edilərək, ona bəraət verilsin" yazılıb.
Hər 2 hökm daha yüksək məhkəmə instansiyaları tərəfindən dəyişilməz olaraq təsdiqlənib və qüvvəyə minib.
Mən "rəhmət" qazanıb, yaşayanların, ictimai nüfuzu şübhə altında olmayanların iradına fikir verərəm yalnız.
Bu isə irad, tənqid, eyham deyil. Gözü götürməzlikdən, mənimlə mübarizədə məğlub olmaqdan, çarəsizlikdən doğan acizanə bir böhtan cəhdidir.
Pasportunda Flora ALEKPEROVNA adını daşıyanın öz dili ilə deyirəm - sən qələt edib barəmdə danışırsan".