Tanınmış musiqiçi və bəstəkar Eminin “Baby Get Higher” sinqlı Amerikanın “Billboard Hot AC Top-40” çartının 38-ci pilləsində yer tutub. Lent.az-ın Eminin rəsmi saytına istinadən verdiyi məlumata görə, çartın pilləsində yenicə start götürən musiqiçinin qarşıdakı həftələrdə daha da irəliləcəyi deyilir. Bildirilir ki, Milad bayramından bir həftə əvvəl Amerika çartlarında rəqabət ən yüksək nöqtəyə qalxır.
Qeyd edək ki, Emin 2013-cü ilin fevralında əfsanəvi musiqi prodüseri Kevin Şirli ilə birgə yeni diskin yazılışını həyata keçirəcək.