Bu gün mətbuat konfransı keçirən bəstəkar-müğənni Emin Ağalarov övladlarından danışıb.
Lent.az-ın məlumatına görə, E.Ağalarov övladları Əli və Mikayılın ifa etdiyi mahnıların kliplərinə çəkmək istəmədiyini deyib: “ Bilirsiniz ümumiyyətlə istəmirəm ki, oğlanlarım Əli və Mikayıl kliplərimdə rol alsın. Mən buna ehtiyacda duymuram. Düşünürəm ki, onlar səhnəyə çıxsa, tamaşaçılar mənə yox, onlara baxar. Ona görə də onları klipimə çəkmək fikrindən uzağam”.
Xatırladaq ki, E.Ağalarovun bu gün mətbuat konfransı keçirməsinə səbəb mayın 27-də Monako şəhərində dünyaca məşhur “World Music Awards” mükafatına layiq görülməsidir. Müğənni konfrans zamanı qazandığı mükafat barədə təəssüratlarını bölüşüb.