Türkiyədə gözündən əməliyyat olunan əməkdar artist Xanım Qafarova sağlıq durumundan söz açıb. Lent. az-a açıqlama verən aktrisa deyib ki, müalicənin son mərhələsindədir: “Bildiyiniz kimi sol gözümdən əməliyyat olunmuşam. Əməliyyatdan öncə görmə qabiliyyətim çox aşağı idi. Amma indi şükürlər olsun ki, əməliyyatdan və müalicədən sonra, normallaşıb. Təxminən iki həftəyə müalicə kursu yekunlaşacaq. Müalicə qurtarandan sonra, işimə dönəcəm və təzə layihələr gerçəkləşdirəcəm”.