Əməkdar artist Manana Caparidze ötən gün avtomobil qəzası keçirib.
Lent.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan ifaçı bildirib ki, qəzadan sonra onun dünən verilişdə iştirak etməsi möcüzədir: “Bu gün bu barədə danışmaq istəmirəm. Çünki indi bu verilişə gəlib çatmağım böyük işdir. Verilişə gələndə qəza keçirdim. O hadisəni görənlər mənim efirdə olduğumu görsələr, təəccüblənəcəklər. Şükür Allaha ki, sağam”.