Bu gün Azərbaycan Dövlət Muğam teatrında Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Respublika Şəhid Anaları Cəmiyyəti 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə şəhid ailələri üçün birgə tədbir təşkil edib. Tədbirdə əməkdar artist Elza Seyidcahan şəhid ailələri üçün hazırladığı konsert proqramını təqdim edib. Lent.az-ın məlumatına görə, tədbirə diplomatik korpusun nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimləri, ziyalılar qatılıblar.
Tədbirdə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Azərbaycanın əməkdar artist Elza Seyidcahana məxsus “Həyata küsmə” albomunun satışdan əldə olunan gəlir Respublika Şəhid Anaları Cəmiyyətinə bağışlanıb.