Ramazan ayı bitər-bitməz əməkdar artist Elza Seyidcahan toya dəvət alıb.
“Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, o, bu gün Gəncəyə yola düşür: “Məni xalq çox istəyir Ramazan bitər-bitməz Gəncəyə toya dəvət aldım”.
Bacısı Rasimə Muradovanın oxumağından söz açan Elza qeyd edib ki, bacısının vokal imkanları çox güclüdür: “Bacım artıq müğənniliyə başlayıb, çox gözəl səsi var. Vokal imkanları çox güclüdür. Onu da deyim ki, mən əməkdar artist ola-ola bacımı məndən çox tədbirlərə dəvət edirlər”.
Bu yaxınlarda verdiyi konsertdə oğlu Əkbərlə birgə çıxış edəcəyinin deyən Elza konsert zamanı oğlunun səhnəyə çıxmamasına aydınlıq gətirib: “Ələkbər o qədər məsuliyyətlidir ki, özünü hazır saymadığı üçün konsertdə çıxışdan imtina etdi. Çünki o, bəstəkarın övladıdır. Yaxşı bilir ki, pis çıxış etməyə ixtiyarı yoxdur”.