Müğənni Elxan Şirinov şou-biznesindəki qalmaqallardan danışıb. Müğənni Lent. az-a bildirib ki, ağıllı insan qalmaqaldan qaçmalıdır: “Kim qalmaqala meyllidirsə, deməli, o da o işlə məşğuldur. Hər kəs bir işlə rahatlıq tapır. Əlbəttə ağıllı insan qalmaqal etməz. Edənlərinsə yaşam tərzidir. Hər bir müğənni özünü reallaşdırmalı, mütaliə etməli və insanlarla ünsiyyətdə olmalıdır. Bu zaman hər şey öz qaydasına düşəcək”.
Müğənni səhhətindən də söz açıb: “Bir çoxları mənə səhhətimlə bağlı suallar verir. Amma onlara deyirəm ki, sağlamlığımla bağlı problemlər qaldı 2008-ci ildə. Daha o mövzuya qayıtmasınlar ”.