Müğənni Elvin Abdullayevdən xəbər var. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, musiqisi özünə, sözləri Telli Orucqızına, məxsus “Sevgi əsəri” adlı bəstəni oxuyub: “Yeni ifa etdiyim bu mahnıya ilk qulaq asan insanlar bəyənib. Bəstənin seviləcəyinə inanıram. Çünki mənim üçün ilk növbədə dinləyicilərin fikridir. Artıq bu mahnıya payız aylarında klip çəkdirməyi də fikirləşirəm. Artıq ekran işinin süjet xətti də müəyyənləşib”.