Elvin Abdullayev kişi müğənniləri ittiham edib
14 dekabr 2012 00:52 (UTC +04:00)

Elvin Abdullayev kişi müğənniləri ittiham edib

Müğənni Elvin Abdullayev şou-biznesdə olan kişi ifaçılarına sərt ittiham edib. Müğənni Lent.az-a açıqlamasında əksər həmkarlarının yaradıcılıq işlərində yenilik etmədiyini söyləyib. “ Azərbaycan şou-biznesdə yenilik edən “Nömrə -1” kişi ifaçı yoxdur. Xanım ifaçılar arasında yenilikləri ilə yadda qalan və “Nömrə -1”   xalq artisti Aygün Kazımova olsa da, kişi həmkarlarımdan hələ ki öndə gedəni, “Nömrə -1” yoxdur. Mənə elə gəlir ki, həmkarlarımın başı toya qarışıb, sənət və yaradıcılıq isə qalıb 2-ci planda”.

 
Daha sonra yaradıcılıq işlərindən danışan müğənni söyləyib ki, Azərbaycanının dünya şöhrətli müğənnisi Zeynəb Xanlarovanın repertuarından ifa etdiyi “Necəsən” adlı mahnı artıq hazırdır. 
 
 
Yalçın Süleymanov
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar