Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən müğənni Elnur Hüseynov layihənin promo-turu çərçivəsində Amsterdamda olub. Lent.az-ın məlumatına görə, təmsilçimiz orada hər il keçirilən «Eurovision in Concert» əyləncəli gecədə iştirak edib. Tədbirə 20-dən artıq müsabiqə iştirakçısı qatılıb.
Xatırladaq ki, iştirakçımız «Melkweg» səhnəsində «Hour of the Wolf» mahnısını ifa etdikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, E. Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci çıxış edəcək.