Populyar müğənni Elnarə Xəlilova gənc reper Orxan Həyatla duet oxuyacaq. “Teleserial” adlı repi ilə tanınan reper Lent. az-a müğənni Elnarədən və yeni duetdən danışıb : “Elnarə xanım yeganə duet oxumaq arzusunda olduğum müğənnidir . Bununla əlaqədar ona müraciət etdim. Sağ olsun, sözümü yerə salmadı. O, gənclərə həmişə dəstək olur. Onunla ifa edəcəyim trekin adı “Ritm”dir. Mahnının aranjemanı da artıq hazırdır.” - deyə reper əlavə edib.
1571