Elnarə ispan üslubunda aşıq mahnısı oxudu
16 aprel 2013 16:37 (UTC +04:00)

Elnarə ispan üslubunda aşıq mahnısı oxudu

Dünən ATV- kanalında “Qrup № 1”-in  növbəti yarışması keçirilib. Lent. az-ın məlumatına görə, layihənin qonağı bəstəkar Ruhəngiz Qasımova və müğənni Elnarə Abdullayeva,  duelcilər isə “Favorit” və “Cipsy –flamenco” qrupları olub. Əvvəlcədən gözlənildiyi kimi bu efir gərgin müzakirələr və maraqlı ifalarla yadda qalıb. Münsiflırin  bir- biri ilə razılaşmaması gərginliyi daha da artırıb. “Favorit” qrupunun həm geyimi, həm də ifaları münsiflər tərəfindən daha çox tənqid edilib. Dueldə  ən çox  yadda qalan hadisə xanəndə Elnarənin səhnəyə çıxaraq ispan üslubunda  aşıq mahnısı ifa etməsi olub. Digər maraqlı bir nüans isə Asif Kərimovun Elnarədən  Uhitni Hyustonun bir mahnısını, Natəvan Həbibidən isə muğam ifa etmələrini istəməsi olub. Bu həftə layihəyə  “Favorit” qrupu vida edib. Həftənin toxunulmazı “İdeal” qrupu, ən az səs toplayıb duelə qalan qrup isə əkiz bacılardan ibarət “S-Twins” olub.         Onlar gələn həftə  bacılardan ibarət qrupu olan “Sharm” ilə yarışacaqlar.

Xatırladaq ki, layihənin informasiya dəstəkçisi Lent. az-dır.

# 2128
avatar

Oxşar yazılar