Küsülü olan Elnarə və Xatirə barışdı
16 fevral 2016 10:18 (UTC +04:00)

Küsülü olan Elnarə və Xatirə barışdı

Əməkdar artist Elnarə Abdullayeva ilə Xatirə İslam arasında olan qalmaqal başa çatıb. Lent.az-ın məlumatına görə, bir müddət öncə bir-birlərinin ünvanına xoş olmayan sözlər səsləndirən sənətçilər artıq barışıblar. Hər iki sənətçi birgə çəkilmiş şəkillərini sosial şəbəkədəki səhifəsinə yerləşdiriblər. Lakin onların paylaşdığı foto sosial şəbəkədə birmənalı qarşılanmayıb.

 

 

Qeyd edək ki, E.Abdullayevanın söylədiyi “Oğluma müğənni qız almaram” sözləri X. İslamı özündən çıxarmışdı. O, həmkarına cavab verərək “Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni qız almaram” demişdi.

 

E.Abdullayevanın Lent.az vasitəsi ilə X.İslama cavabı isə daha kəskin olmuşdu: “İnsan gərək imanlı, qabiliyyətli olsun. Kiminsə haqqımda nə deməsi qətiyyən mənə maraqlı deyil. Ümumiyyətlə, mənim Xatirə ilə problemim yoxdur. Yenə bu söz-söhbət haradan çıxdı? Oğru elə bilir ki, hamı oğru, doğru da elə bilir ki, hamı doğrudur. Sadəcə mən o vaxt açıqlama vermişdim  ki, “oğluma müğənni qız almaram”. Bu sözlər onun xoşuna gəlməmişdi. Mən yenə də öz fikrimdə qalıram. Oğluma müğənni qız alandan sonra mən də, gəlinim də toyda olsa, bəs evdəki kişilərə kim baxacaq? Xatirə barəmdə danışıb, danışsın da... Həmişə demişəm kim nə danışır, danışsın. Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa. Oğluma müğənni qız almaram. Çünki qocalanda müğənni gəlin istəmərəm. İnşallah, Allah qismət eləyər, Xatirə də oğluna müğənni qız alar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar