Əməkdar artist Aygün Bəylərin sənətdən getməsinə həmkarı Elnarə Xəlilova münasibət bildirib. O, Lent. az-a Aygünə dəstək olacağını deyib: “Bilirsiniz ki, sənət adamları həssas olurlar. Yəqin onu bu sənətdən küsdürən tutarlı bir səbəb var. Onun o cür gözəl səsi var. Yəni şou aləmindən uzaqlaşmasına imkansızlıq səbəb ola bilməz. İnanırsınız Aygün Bəylər ana olandan sonra necə sevindim. Necə gözəl görünürdü. İndi eşitdim ki, yenidən əvvəlki imicinə qayıdıb. Çox pis oldum. Allah özü kömək olsun. Ona hər cür kömək etməyə hazıram. Xatırlayırsınızsa bir müddət bundan öncə xalq artist Aygün Kazımova da sənətdən gedəcəyini söyləmişdi. Aygün xanımın mənim dəstəyimə ehtiyacı olmasa da bir insan və sənət dostu kimi ona dəstək olduğumu söylədim. Bunu Aygün Bəylər üçün də etməyə hazıram. Çünki, gözəl sənətçilərimizə hər zaman dayaq və dəstək olmalıyıq”.

Oxşar yazılar

Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42
Mustafa Sandala məhkəmədən PİS XƏBƏR
27 iyun 2025 , 10:34
Şöhrətin "dəli" etdiyi 5 ULDUZ
26 iyun 2025 , 10:42
Azərbaycandakı bu müğənnilər geyimlərinin qiyməti ilə sizi HEYRƏTLƏNDİRƏCƏK
25 iyun 2025 , 17:12
Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADI
25 iyun 2025 , 15:29