Qalmaqallı açıqlamaları ilə gündəmdə olan Əli Mirəliyev yenə qəzəblənib. O, bəzi sənətkarların yeni ifaçılara titul verməsinə açıq şəkildə etiraz edib. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, sənətkarlar digər ifaçıya titul verirsə, bu xoşa gələn hal deyil. “O titul verən kimdirsə, qarşı tərəfin adın çəkib ondan nə isə umur. Amma elə sənətkarlar var ki, onlara ad lazım deyil. Akif İslamzadənin və ya mənim titulum yoxdur. Amma biz xalqın ürəyindən keçən mahnıları oxuduğumuza görə, xalq bizi qəbul edir”, - deyə müğənni əlavə edib.