Eldar Qasımov: ”Nəhayət, yenidən bir araya gəldik”
30 avqust 2013 12:26 (UTC +04:00)

Eldar Qasımov: ”Nəhayət, yenidən bir araya gəldik”

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Maykl Ceksonun 50 illik yubileyinə “Music Still Alive” adlı mahnı həsr ediblər. Lent.az-ın məlumatına görə, onlar bu mahnının ərsəyə gəlməsindən APA TV-nin  “Səhər səhər” verilişində söz açıblar.

 

E.Qasımov bildirib ki, musiqisi Maykl Ceksona və İsa Məlikova məxsus olan  “Music Still Alive” adlı mahnının sözlərini özü yazıb: “Mən bu günə qədər bir çox mahnılara söz yazmışam. Hətta musiqi bəstələmək bacarığım da var. Amma  bu bacarığımı kiməsə göstərməmişəm. Mahnılarımı aranjeman etdirməyə cəhd etmirəm. Musiqini öncə özüm sevməliyəm ki, daha sonra dinləyiciyə sevdirim. Yeni mahnını M. Ceksona həsr etmişik. Nəhayət, vaxt tapıb Nigarla yenə bir araya gəldik. Klipimiz də sabah hazır olacaq”.

 

Sonra N. Camal da öz təəssüratlarını bölüşüb. O da Eldarın sözlərinə qoşularaq, M. Ceksona həsr etdikləri mahnıdan danışıb və  Eldar kimi musiqi bəstələmək bacarığından danışıb.   

 

Qeyd edək ki, Eldar və Nigarın ifa etdikləri “Music still alive” klipində E. Qasımov və N. Camalın obrazları üzərində stilist Səma Rəsulova və Fazilə Rəcəbova işləyiblər. Ekran işi yaxın günlərdə təqdim olunacaq.

# 1260
avatar

Yalçın UĞUR

Oxşar yazılar