Müğənni Elariz Məmmədoğlu Türkiyəyə istirahətə yollanıb. Lent.az-ın məlumatına görə, həyat yoldaşı ilə birgə İstanbula gedən müğənni orada təhsil alan oğluna baş çəkib. Daha sonra ailəsi ilə birgə gecə gəzintisinə çıxan ifaçı şəkillərini sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Gülnar adlı xanımla ailəli olan Elariz Məmmədoğlunun həmin evlilikdən iki qızı və bir oğlu var.