Əkiz bacılardan ibarət S-Twins qrupu Türkiyədə yarışmaya qatılıb. Lent. az-ın məlumatına görə, bacılar Sevinc və Sevil təşkilatçı Acun İlıcalının apardığı "O səs Türkiyə" proqramında iştirak ediblər.
Lent.az-a bu barədə qrupun prodüseri Nigar Murad deyib. O, bildirib ki, bacılar Əmrahın “Götür bəni getdiyin yerə” mahnısını ifa edərək, juri heyətinin və tamaşaçıların rəğbətini qazanıblar. Belə ki, Ebru Gündeş, Murat Boz və Hadisə onların ifasını və səhnə mədəniyyətini bəyəniblər. Bacılar isə yarışmada Ebru Gündeşin komandasında yarışmağı seçiblər.