Şou-biznesə rəqqasə kimi gəlib, özünü ifaçı kimi tanıdan müğənni Sevda Sanalıyeva imicində yenilik edib. Lent.az-ın məlumatına görə, bir müddət öncə anasını itirdiyinə görə efirlərdən uzaq düşən müğənni saçlarını qısaldıb. O, yeni imicdə olan şəkillərini sosial şəbəkədəki səhifəsinə yükləyib. Fotolar maraqla qarşılanıb.
Qeyd edək ki, S.Sanalıyevanının anası uzun sürən böyrək çatışmazlığından dünyasını dəyişib.