Dekabrın 19-da ABŞ-da keçirilən “Dünya gözəli-2012” müsabiqəsi başa çatıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, müsabiqənin qalibi amerikalı, 20 yaşlı Olivya Kalpo olub.
İslandiyada professional musiqiçi ailəsində doğulan Kalpo müxtəlif ölkələri təmsil edən 89 gözəl arasından seçilib.
Qeyd edək ki, qaydalara görə, iştirakçılar subay və uşaqsız olmalıdır. Bundan əlavə yaşı 18-dən aşağı, 27-dən yuxarı olmamalıdır. Qalibə mükafat olaraq, 270 min dollar pul və 45 min dollar dəyərində olan almaz və brilyant qaşlarla bəzədilmiş tac verilib.
Müsabiqədə sonrakı yerləri isə Venesuela, Avstraliya, Braziliya tutub.