“Space” kanalının aparıcısı İdris Cəfərov həmin kanaldan çıxmağa qərar verib. Lent.az xəbər verir ki, I. Cəfərovun işdən ayrılmasına səbəb kimi “Space TV”nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova göstərilir. Belə ki, K. Xəlilova ilə mübahisədən sonra, İdris işdən ayrılmağa qərar verib.
Xatırladaq ki, İdris Cəfərov indiyədək “Üç qat xəbər”, “Çardaq”, “Mən də varam”, “Davam ya tamam”, “Bazar” kimi məşhur verilişlərin aparıcısı, həmçinin həmin kanalın radiosunda DJ kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, Lent.az-ın əməkdaşı İ. Cəfərovdan bu məsələ ilə bağlı açıqlama almaq istəsə də, aparıcı dəstəyi götürməyib.