Çində cadugər həbs edilib. Lent.az-ın «Vesti.ru»-ya istinadən məlumatına görə, o, bir qıza «şər ruhu canından çıxarmaq» üçün qeyri-adi vasitə – özünü cinsiyyət orqanını təkli edib. Bu xidmətə görə o, həmin qızdan 20 min yuan (3 min dollardan artıq) istəyib.
Əslində cadugər kişi ona müraciət edən qıza cinsi əlaqədə olmağı təklif edib. A Tsin adlı qız bunu bir gün sonra başa düşüb, polisə xəbər verib.
Asayiş keşikçiləri Quansjou şəhərinin sakini Xuan Tszyanzyun adlı «cadügəri» tutub.
Məlumata əsasən, qız işlədiyi dükanın müdirinə vurulub. Onu özün cəlb etmək üçün çeşidli şirnikləndirici vasitələrdən istifadə etsə də nəticə əldə etməyib. Sonradan bu cadugərini varlığından xəbər tutub. Bundan sonra olay baş verib.
Mehmanxanada o, A ilə görüşüb. Ona soyunmağı təklif edib. Qıza «cinsiyyət orqanının şeytanlar tərəfindən mənimsənildiyini buna görə dükan yiyəsinin qıza yaxın durmadığını» söyləyib.
Bir sutka sonra həbs edilən cadugərin məhkəməsi olacaq. O, hakimiyyət qarşısında özünə haqq qazandırmaq üçün şəkər xəstəliyindən əziyyət çəkdiyini və buna görə də cinsi zəifliyi olduğunu deyib.