Çeçenistanda energetik içkilərin satışı yasaqlanıb
28 mart 2014 06:43 (UTC +04:00)

Çeçenistanda energetik içkilərin satışı yasaqlanıb

Çeçenistan parlamenti respublika ərazisində “energetik içkilərin” satışı və yayılması üçün cəza tətbiqi ilə bağlı qanun qəbul edib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, parlamentin iclasında bu təşəbbüsün bütün Rusiya ərazisində tətbiq olunması ilə bağlı Dumaya müraciət edilib.

 

«Alkoqolsuz və ya yüngül alkoqollu tonuslandırıcı içkinin pərakəndə satışı və yayılmasının məhdudlaşdırılması» haqqında qanun layihəsinə edilən dəyişikliyə əsasən, energetik içkiləri respublika ərazisində satan və ya yayan adi vətəndaş 1,5 min rubl, vəzifəli şəxs 3 - 4 min rubl, hüquqi şəxslər isə 30 - 40 min rubl məbləğində cərimə olunacaq.

 

# 806
avatar

Oxşar yazılar