Cavanşir, Firuzə, Xatirə, Rüfət və...
11 fevral 2015 16:43 (UTC +04:00)

Cavanşir, Firuzə, Xatirə, Rüfət və...

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu dəfə tanınmış sənətçilər Cavanşir Məmmədov, Firuzə İbadova, Xatirə İslam, Rüfət Axundov, Samir Pirieyev, Sədaqət Ulduz hədəfdədir.

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi Xəyalə Quliyeva, layihə rəhbəri və rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 1-ci günü saat 18:30-da yayımlanır. 

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar